Sumqayıtda qadın yüksəklikdən yıxılıb. Sumqayıt24 bu haqda 31 may tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə 30-cu məhəllədə baş verib. Evinin pəncərəsinə çıxan Məryəm İsmayılovanın ayağı sürüşüb və o, 5-ci mərtəbədən yıxılıb. Qadın bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.
Araşdırma aparılır.