Sumqayıtda qadına qarşı quldurluq edilib. Sumqayıt24 bu haqda 13 mart tarixində BakuTV-yə istinadən xəbər verir.
Hadisə 17-ci mikrorayonda baş verib. AMEA-nın elmi işçisi, 42 yaşlı Könül Həbibovanın iddiasına görə, avtomobilini park edib evə gedən zaman naməlum şəxs arxadan onun başına və boynuna ağır zərbələr endirib. Daha sonra qadının əlindəki cüzdanı alaraq qaçıb. Cüzdanın icində 700 manata yaxın pul, bank kartları və müxtəlif sənədlər olub.
Faktla bağlı araşdırma aparılır.