top
Sumqayıtda qanunsuz söküntü iddiası
14 iyul 2026, 14:37
- ↺ +

Sumqayıtda qanunsuz söküntü iddiası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində vətəndaşa məxsus qanuni mülkiyyətin yerli qurumlar tərəfindən dağıdılması və mülkiyyət hüquqlarının pozulması ilə bağlı ciddi narazılıq yaranıb. Ərazidəki sənədsiz və zəbt olunmuş digər sahələrə toxunulmadığı halda, yalnız rəsmi çıxarışı olan vətəndaşın hədəf seçilməsi iddiaları məsələnin hüquqi müstəvidə ciddi şəkildə araşdırılmasını zəruri edir.

Məsələ ilə bağlı şikayət ünvanlayan Dadaşov Taleh Tapdıq oğlu bildirib ki, Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, 4-cü məhəllə, ev 1/1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi tamamilə qanunidir və dövlət reyestrindən çıxarışla təsdiq olunub: 

"Mənə məxsus 60.70 kvadratmetrlik fərdi yaşayış evi və 0.06 hektarlıq xüsusi mülkiyyətdə olan torpaq sahəsinin rəsmi sənədi — 30901303044-10301 reyestr nömrəli çıxarışı mövcuddur. Mənim sağımda və solumda yerləşən qonşuların torpaq və mülkiyyət üzərində heç bir hüquqi sənədi yoxdur və onların əraziləri tamamilə zəbt kateqoriyasına aiddir.

Ərazidə hasarlar çəkilib, yol öz qaydasında gedib və qanuni sənədi olan bir vətəndaş kimi mən də öz hasarımı sağ-sol qonşulara nisbətən onlarla tam paralel şəkildə inşa etmişdim".

Onun sözlərinə görə, iyulun 7-də aidiyyəti qurumların nümayəndələri heç bir əsaslı xəbərdarlıq etmədən onun mülkiyyətinə ağır ziyan vurublar: 

"İyulun 7-si tarixində bir neçə vəzifəli şəxs əraziyə traktor və xüsusi texnika gətirərək qanuni mülkiyyətim olan hasarları uçurdu, nəticədə mənə külli miqdarda maddi ziyan vurdu. Burada əsas sual və sorğumuzun məqsədi ondan ibarətdir ki, aidiyyəti qurumların bu kəskin müdaxiləsi və "zəbt olunmuş hissə" iddiası — yəni mülkiyyətdə olandan əlavə zəbt olunduğu iddia edilən 20 kvadratmetr — nəyə görə yalnız rəsmi sənədi olan mənə tətbiq edilir? Əgər bir qanun icra olunursa, torpaqları ümumiyyətlə sənədsiz və tamamilə zəbt vəziyyətində olan sağ və sol qonşularda da bu proses davam edəcəkmi, yoxsa bu yanaşma yalnız bir vətəndaşa qarşı seçici şəkildə həyata keçirilir? Bu prosesin hansı hüquqi formada və hansı meyarlarla davam etdiriləcəyinə, eləcə də mənə dəymiş ziyanın kompensasiya edilib-edilməyəcəyinə rəsmi qurumlar tərəfindən aydınlıq gətirilməlidir".

Mənbə: Nocomment.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:46

Bakı, Sumqayıt və daha 4 şəhərin su təchizatına o rəhbərlik edəcək

Oxşar xəbərlər