Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edib.
Sumqayit24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Fakt şəhərin 76-cı məhəlləsində aşkarlanıb. FHN-in aidiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.