Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında qanvermə aksiyası keçirilir. Bu haqda 5 aprel tarixində Sumqayıt24 İH-yə istinadən xəbər verir.
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya 2 gün davam edəcək.
Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunur və tibbi müayinədən sonra onlardan qan götürülür.
Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.