Sumqayıtda yol polisi şəhər ərazisində intizamsız yol hərəkəti iştirakçılarına qarşı reyd keçirib. Bu haqda 21 aprel tarixində Sumqayıt24 ATV News-a istinadən xəbər verir.
Yoxlama zamanı avtomobildə edilən konstruksiya dəyişikliyi, yolu təyin olunmayan yerdən keçən piyadalar, avtobus zolağını zəbt edən sürücülər üzə çıxıblar. Əməkdaşlar tərəfindən qadağan olunan yerdə avtomobil saxlayan sürücülər cərimələniblər.
Reyd zamanı, həmçinin qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər də aşkar ediliblər. Onlarla maarifləndirici söhbətlər aparılıb.
Bu cür tədbirlərin keçirilməsində məqsəd yol iştirakçılarının hərəkətinin təhlükəsizliyini təmin etməkdir.