Xəbər verdiyimiz kimi, Sumqayıtın ən gediş-gəlişli ərazilərindən birində yeni işıqforlar quraşdırılıb.
Sözügedən işıqforlar şəhərin Sülh küçəsində yerləşir. Lakin onların fəaliyyətində problem yaranıb. Belə ki, işıqforlarda eyni anda həm yaşıl, həm də qırmızı işıq yanır.
Bu hal sürücülər və yolu keçən piyadalar arasında çaşqınlığa səbəb olur və təhlükəli vəziyyət yaradır.