Sumqayıtda quş qripi ilə bağlı yoxlamalar keçiriləcək. Sumqayıt24 bu haqda 6 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində ev quşlarından diaqnostik nümunələr götürüləcək. Sonra isə laborator müayinələr aparılacaq.
Qeyd edək ki, monitorinqlər 10-14 aprel tarixlərində təşkil olunacaq. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.