Sumqayıtda qanunsuz fəaliyyət göstərən masaj salonunun işçi heyəti və müdiri cərimələnib. Bu barədə 10 avqust, axşam saatlarında məlumat yayılıb.
Beləliklə, şəhərin 4-cü məhəllə ərazisində yerləşən "Seragen" adlı obyektdə keçirilən baxış zamanı orada masaj xidməti göstərən 4 qadın və 1 kişi aşkarlanıb. Nəticədə işçilərin hər biri 200 manat, salonun müdiri Z. Əliyeva isə 4000 manat məbləğində cərimələniblər.
Daha bir reyd zamanı, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsinin Xətai küçəsində Elşad Hacıyevə məxsus "Dostluq" kafesində karantin qaydalarına uymayaraq müştərilərə qəlyan təklif edildiyi məlum olub.
Bu səbəbdən Hacıyev, kafenin icarədarı Sərhəd Allahverdiyev və orada olan müştəri Nəbi Məmmədov inzibati məsuliyyətə cəlb olunublar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 mart 2020-ci il qərarı ilə, koronavirusdan qorunmaq üçün ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilmişdir.