Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm-ə yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.