Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 29 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
30 iyun Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə qısamüddətli az yağış yağa bilər. Şimal-şərq küləyi əsəcək.
Temperatur gecə 20-23°, gündüz isə 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 40-50% təşkil edəcək.