İyulun 17-nə olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 16 iyul tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Sabah Sumqayıtda havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 21-26°, gündüz isə 32-37° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% təşkil edəcək.