H.Z. Tağıyev qəsəbəsindəki məktəbdə təlim keçirilib. Sumqayıt24 bu haqda 14 mart tarixində xəbər verir.
"İxtisas bələdçisi" layihəsi çərçivəsində baş tutan görüşdə bir neçə təhsil ocağının şagirdləri iştirak ediblər. Onlara düzgün ixtisas seçimi və onun əsas meyarları, kodlaşdırma qaydaları, seçim mərhələsinə psixoloji hazırlıq, ixtisas qruplarına daxil olan əsas ixtisaslar, onların perspektivləri və gələcəyin ixtisasları, istedad və bacarıq yönümlü peşə seçimi və s. mövzularda məlumat verilib.
Həmçinin Təhsil Tələbə Kredit Fondunun əməkdaşı tərəfindən gənclərə kreditə müraciət qaydaları, əsas seçim meyarları izah olunub. Sonda isə suallar cavablandırılıb.
Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə Dövlət Məşğulluq Agentliyinin Karyera filialı tərəfindən təşkil edilib. [modula id="33173"]