Sumqayıtda sahibkar insanları heçə sayır.
Nəriman Nərimanov küçəsində, 2-ci məhəllə ərazisində avtobus gözləyən sakinlər dayanacağa yerləşmirlər. Sumqayit24.az-a müraciət edən narazı sakinlər bildiriblər ki, dayanacaqda fəaliyyət göstərən köşkün sahibi skamyanın yerinə iki soyuducu qoyub.
“Bu insan ancaq öz mənfəətini güdür, digərlərinə hörmətsizlik edir. Yağış, qar yağanda dayanacaqda dura bilmirik. Soyuduculara görə, dayanacağa 3 nəfər güclə yerləşir.”.