top
Sumqayıtda sakinlərin “CAN BAZARI”
28 mart 2025, 03:27
- ↺ +

Sumqayıtda sakinlərin “CAN BAZARI”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində yüngül konstruksiya ilə meyvə bazarı inşa olunur.

Ajans.az-ın məlumatına görə, bu bazar 10-cu mikrorayonda yerləşən “Abşeron City” yaşayış kompleksinin həyətində, iki binanın tən ortasında tikilir. Meyvə bazarının damı isə binanın 1-ci mərtəbəsində eyvanlara bitişik yer alıb. Ərazinin bu vəziyyətdə zəbt edilməsi gələcəkdə baş verə biləcək hadisələr üçün təhlükəli zəmin yaradır.

Bu yaxınlarda FHN məhəllələrdə avtomobillərin düzgün park edilməsi üçün xəbərdarlıq etmişdi. Bu tikili isə parklanmadan betər problem yarada bilər. Yanğın baş verən zaman iki istiqamətdə həyətin qapalı olması, tikilən obyektin binanın bloklarının qarşısını kəsməsi, eyvanların önünü bağlaması daha acınacaqlı hadisələrin yaşanmasına gətirib çıxara bilər. 

Bu obyektin tikintisinə kim icazə verib?

Sakinlər bildirirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri sakinləri əvvəlcə dəfə əmin ediblər ki, narahatlığa əsas yoxdur, razılıq olmasa bu tikili inşa olunmayacaq. Amma sonradan onların fikirlərinə məhəl qoyan olmayıb. Hazırda tikinti sürətlə davam edir.

Bir neçə gün öncə ŞİH-nin rəsmiləri ərazidə qanunsuz tikililəri sökdüklərini nümayiş etdirərərək, abadlıq işləri gördüklərini deyirdilər. Maraqlıdır, bəs bu tikintiyə niyə göz yumulub?

Sadə vətəndaş belə real vəziyyətə baxanda görür ki, ərazidə aparılan tikinti ciddi təhlükə mənbəyidir. İcra hakimiyyətini göz yummağa vadar edən hansı gücdür?

İstənilən fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına mane olacaq tikintiyə icazə vermək əhalinin həyatını heçə saymaq deyilmi? Bu tikili ərazidə olan su çənini belə yararsız hala salıb.

Sakinlərin şikayətini təqdim edirik.

“Hörmətli Nazirlik nümayəndələri,

Biz, Sumqayıt şəhər, 10-cu mkr., bina 15 (“Abşeron city”) ünvanında yaşayan sakinlər olaraq, sizə müraciət etmək məcburiyyətindəyik. Yaşadığımız binanın yanında, mənzillərimizin pəncərələri altında yerləşən böyük su çəninin olduğu ərazi bağlanıb və həmin çənin üzərində meyvə bazarı kimi istifadə edilən obyekt tikilib. Bu tikinti bina sahibi tərəfindən aparılıb və onun şəxsi mülkü olduğu bildirilsə də, bu vəziyyət bir neçə ciddi təhlükəsizlik problemlərinə səbəb olur.


  1.         Yanğın və digər fövqəladə hallarda təhlükəsizlik:



  •         Binamızda hər hansı bir yanğın və ya fövqəladə hadisə baş verərsə, yanğınsöndürən maşınlar və təcili yardım bu əraziyə daxil ola bilməyəcək. Çünki su çəni üzərində və ətrafında qurulan obyekt həmin yolu bağlayır. Bu, həm bina sakinlərinin, həm də ümumi ictimai təhlükəsizliyin ciddi şəkildə pozulması deməkdir.



  1.         Su çəninin funksiyasının pozulması:



  •         Su çənləri fövqəladə hallar üçün strateji əhəmiyyət daşıyır və onların üzərinin açıq qalması vacibdir. Çənin üzərində obyekt tikilməsi və bazar kimi istifadə olunması onun məqsədinə uyğun istifadəsinə maneə yaradır ki, bu da gələcəkdə su təchizatı ilə bağlı problemlərə səbəb ola bilər.



  1.         Tikintinin qanunsuz olması ehtimalı:



  •         Binanın sahibi lazımi icazələr aldığını bildirsə də, bu tikintinin şəhərsalma və fövqəladə hallar qanunvericiliyinə uyğun olub-olmadığını yoxlamağınızı xahiş edirik. Çünki bu tikinti, mövcud təhlükəsizlik normalarına və ictimai asayiş qaydalarına zidd görünür.


Yuxarıda sadalanan səbəblərə görə, xahiş edirik ki:

  •         Məsələnin yerində araşdırılması və su çəninin üzərində aparılan tikintinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığının yoxlanılması;

  •         Əgər tikinti qanunsuz və təhlükəli hesab edilərsə, onun sökülməsi və keçidin bərpası üçün müvafiq tədbirlərin görülməsi;

  •         Sakinlərin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımların atılması.


Ümid edirik ki, məsələ diqqətinizdən kənarda qalmayacaq və tezliklə lazımi tədbirlər görüləcəkdir”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Bu gün, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Bu gün, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Bu gün, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Bu gün, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda ərazini çirkab sular basdı - ŞİKAYƏT

İdman
Bu gün, 12:55

"Sumqayıt" – "Şəfa" matçında bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Bu gün, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Oxşar xəbərlər