top
Sumqayıtda saxta idmançılar çoxalıb - YENİ “TREND”
22 avqust 2025, 01:52
- ↺ +

Sumqayıtda saxta idmançılar çoxalıb - YENİ “TREND”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt daxil Azərbaycanın bir çox yerlərində maraqlı, eyni zamanda, narahatedici bir meyil yayılıb.

Lent.az-ın məlumatına görə, bəzi gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını bilərəkdən zədələtmək dəbə çevrilib. Hətta sosial şəbəkələrdə bu məqsədlə xüsusi səhifələr yaradılıb və "qulaqqırma xidməti" təklif olunur.

Xidmət göstərən şəxslər çəkdikləri videoları paylaşaraq həm "nəticəni nümayiş etdirir", həm də yeni müştərilər toplamağa çalışırlar. Qiymətlər isə gənclər üçün əlçatan hesab edilir: bir qulağın qırılması 70 manata başa gəlir.

Məsələ ilə bağlı açıqlama verən tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, insanın taleyi, səhhəti ilə bağlı məsələlər onun öz qərarına bağlıdır:

"Lakin bir şeyi nəzərə almaq lazımdır ki, əgər bunlar ictimai təhlükə yaradırsa, buna dövlət də müdaxilə etməlidir. Bu işi görən adamların lisenziyası varmı? Onlar ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, lisenziyasız hər hansı bir tibbi fəaliyyət qadağan edilməli və bununla bağlı təqiblər olmalıdır. Heç bir travma orqanizmə təsirsiz ötüşmür. Qulaq qırılanda seyvanı zədələnir və bu da özəlliklə yaşlananda insanın eşitməsinə təsir edir".

Psixoloq Elnur Rüstəmov bildirib ki, "idmançı görünüşü" üçün qulaqsındırma tendensiyası, əslində, narahatedici sosial-psixoloji problemdir:

"Gənclər arasında bu cür davranış, əslində, bir çox səbəblərdən qaynaqlanır. Səbəblərdən biri kimlik axtarışıdır. Xüsusən, gənclik dövründə insanlar "mən kiməm?" sualına cavab axtarırlar. İdmançıya bənzəmək, "qorxmaz və güclü" obrazı yaratmaq bir çox gəncin həm yaşıdları, həm də sosial mühit qarşısında qəbul olunmaq üçün seçdiyi yoldur. Belə ki, qulağın sındırılması xarici görünüşdə sərtlik və "döyüşçü" imici yaradır. Bu isə onlarda bir növ kimlik təsdiqi rolunu oynayır.

Başqa bir səbəb kimi sosial şəbəkələri qeyd edə bilərik. Çünki sosial media müasir gənclərin davranışlarında çox böyük rol oynayır. Bu gün artıq müəyyən davranış və ya görüntü sosial şəbəkədə trend olur və gənclər arasında sürətlə yayılır. Qulaq sındırmaq da bir növ "status simvolu" kimi təqdim olunduqda insanlar onu izləyir və təqlid edirlər. Nəzərə alsaq ki, ödənişli xidmətlərin yaranması bu prosesi kommersiyalaşdıraraq daha geniş yayılmasına səbəb olur".

Psixoloqun sözlərinə görə, başqa bir səbəb özünüifadə və fərqlənmə istəyidir:

"Psixoloji olaraq insan sosial mühitdə diqqət çəkmək, unikallığını göstərmək istəyir. Bəziləri üçün bu, elm, incəsənət və ya idmanda özünü təsdiq etməklə olur, bəziləri isə daha kəskin yollar seçirlər. Qulaq sındırmaq ağrılı və riskli olsa da, bir qrup gənc üçün "cəsarət" və "fərqlilik" göstəricisi kimi qəbul edilir".

Elnur Rüstəmov bildirib ki, güc və aqressiya da bu səbəblər sırasına daxildir:

"Döyüş növləri ilə məşğul olan idmançılarda qulaqların deformasiyası təbii prosesdir. Bu, bir növ "mübarizə keçmiş insan" simvoluna çevrilib. İdmanla heç bir əlaqəsi olmayan gənclər belə həmin simvolu süni şəkildə özlərində yaratmaqla "güclü və qorxmaz" obrazı qazanmağa çalışırlar. Ən böyük səbəblərdən biri də psixoloji boşluqlar və özünəinam problemidir. Dolayısı ilə gənclərin daxili psixoloji ehtiyaclarıdır. Özünə inamı zəif, sosial dəstəyi az olan gənclər daha çox belə davranışlara meyil edirlər. Onlar hesab edirlər ki, xarici görünüşdə sərtlik qazanmaqla daxili boşluqları ört-basdır edə bilərlər".

Psixoloq qeyd edib ki, bu tendensiya, əslində, gənclərin sağlam psixoloji dəstəyə, düzgün rol modellərinə və sosial dəstək mühitinə olan ehtiyacını göstərir:

"Bu gün gənclərin qəbul olunmaq, diqqət çəkmək, güclü görünmək, sosial mediada özünü təsdiqləmək ehtiyacı yüksəkdir. Burada əsas həll yolu cəmiyyət olaraq sağlam dəyərləri təşviq etmək, gənclərə özünüifadə üçün daha yaradıcı və sağlam imkanlar təqdim etməkdir. Əks halda bu cür təhlükəli tendensiyalar yayılmağa davam edəcək", - deyə o bildirib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Dünən, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
29 oktyabr 2026, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
29 oktyabr 2026, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
29 oktyabr 2026, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
29 oktyabr 2026, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
29 oktyabr 2026, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
29 oktyabr 2026, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

Oxşar xəbərlər