Sumqayıtda şəhidin adına tədris mərkəzi açılıb. Sumqayıt24 bu haqda 14 aprel tarixində xəbər verir.
“Esmanur” Tədris Mərkəzinin 4-cü mikrorayon ərazisindəki yeni filialı şəhid kəşfiyyatçı, manqa komandiri Nicat Nəbiyevin adını daşıyacaq. Bir neçə gün öncə baş tutan açılış mərasimində şəhid ailələri və mərkəzin kollektivi iştirak ediblər. Balaca fidanlar onlara şeirlər söyləyib, rəqslər və əyləncəli oyunlar nümayiş etdiriblər. [modula id="34672"]