Sumqayıt Dövlət Universitetində (SDU) “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqram çərçivəsində modul keçirilib. Sumqayıt24 bu haqda 30 mart tarixində xəbər verir.
Layihə SABAH.Academy tərəfindən təşkil olunub. “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin həmtəsisçisi və təlim koordinatoru Emin Okutan 2-ci və 3-cü kurs tələbələrinə “Biznes modeli və gəlir modelinin yaradılması”ndan danışıb.
Dərs müddətində sahibkarlıqda biznes-ideya yaradılması müzakirə edilib. Tələbələr iş modelində şablon hazırlanması strukturu ilə tanış olub, fürsətlərin yaradılmasında kəşf etmə, təsvir etmə, fərziyyə anlayışlarını təhlil ediblər.