Sumqayıt şəhər 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) növbəti maarifləndirici seminar keçirilib. Bu haqda 30 may tarixində Sumqayıt24 STM-ə istinadən xəbər verir.
Təlim "Xoralı kolit" və "Xroniki qastrit" mövzularını əhatə edib. Seminarda həkim-terapevtlər Əminə Hümbətəliyeva və Şəfiqə Əzizova mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Burada hər iki xəstəliyin spesifikası, yaranma səbəbləri və müalicə üsulları barəsində geniş məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.