top
Sumqayıtda tikintidən şikayət: Göydən armatur yağır, daş tökülür
10 iyul 2026, 17:18
- +

Sumqayıtda tikintidən şikayət: "Göydən armatur yağır, daş tökülür"

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisi ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.

Məlumatıta görə, söhbət 15-ci məhəllə ərazisində, 1 saylı ASAN xidmət mərkəzinin arxası, Avtovağzalla üzbəüz yerləşən 46/9 saylı 9 mərtəbəli binanın qarşısında aparılan tikinti işlərindən gedir.

Həmin binada yaşayan sakinlər bildiriblər ki, sözügedən ünvanda icra olunan "Sumqayıt bağları" yaşayış kompleksi layihəsi çərçivəsində üç ədəd 16 mərtəbəli binanın səs-küylü inşası vətəndaşların ictimai asayişini və rahatlığını tamamilə pozub.

İddiaya görə, gecə saatlarında da davam edən tikinti prosesində işçilər yüksək səslə iş görür, kran və ağırtonnajlı yük avtomobillərinin səs-küyü insanları yatmağa qoymur.

Hətta, tikinti sahəsində elementar təhlükəsizlik tədbirlərinin görülmədiyi də iddia edilir:

"Göydən armatur yağır, daş tökülür. Hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Bu isə birbaşa binada yaşayanların həyatına təhlükədir. Heç kim öz evində rahat və təhlükəsiz yaşaya bilmir", – deyə vəziyyətdən narazı sakin bildirib.

Bununla yanaşı tikinti işləri zamanı 9 mərtəbəli binanın həyətinin zəbt edilməsi sakinləri parklanma problemi ilə də üz-üzə qoyub.

Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi şəkildə müraciət etdiklərini desələr də, tikinti şirkəti mövcud qanunauyğunsuzluqlara və şikayətlərə məhəl qoymadan fəaliyyətini eyni tempdə davam etdirir.

Mənbə: Patrul.az

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

"7 nömrə" vağzala getmədi, sakin kameranı işə saldı - VİDEO

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtlı şəhidin övladı tələbə oldu

İdman
Bu gün, 18:00

"Sumqayıt"ın legioneri: "Hapoel" "Sabah"dan daha təcrübəlidir"

Bütün xəbərlər
Bu gün, 17:22

Sumqayıtda küləyin sürəti saniyədə 20.7 metrə çatacaq

Bütün xəbərlər
Bu gün, 17:00

Sabah güclü külək əsəcək - HAVA PROQNOZU

Bütün xəbərlər
Bu gün, 16:30

Güclü yağışın ziyan vurduğu elektrik şəbəkəyə 12 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 16:14

Sumqayıtda bu mikrorayonun sakinləri niyə susuz qalıblar?

Bütün xəbərlər
Bu gün, 16:00

"Avtobuslara gərək çətirlə minək" - "500" nömrədən ŞİKAYƏT - VİDEO

Bütün xəbərlər
Bu gün, 15:00

Bir məktəb, bir sinif, indi də bir universitet: Əkiz bacıların uğuru

Bütün xəbərlər
Bu gün, 14:30

Uşağı xəstəxanaya apardılar, saatlarla həkim gözlədilər – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Bu gün, 14:00

"Sabah"ın oyununa görə metro bu saata qədər işləyəcək

Bütün xəbərlər
Bu gün, 13:30

Nyu-Yorkda mükafat qazanan xanım Sumqayıtda direktor oldu

Bütün xəbərlər
Bu gün, 13:05

Qarabağın azadlığı uğrunda canından keçən Orxan Məhərrəmovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 12:35

Sarayda yaşayış kompleksində partlayış

Bütün xəbərlər
Bu gün, 12:28

DİM sədri: "Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub"

Bütün xəbərlər
Bu gün, 12:05

Rezidenturaya qəbul olanların qeydiyyatı başlayır

İdman
Bu gün, 11:40

Çempionlar Liqası həyəcanı: "Sabah" "Hapoel Beer-Şeva"ya qarşı

Bütün xəbərlər
Bu gün, 11:10

Kardioloq ürək sağlamlığı üçün ən yaxşı səhər içkisini AÇIQLADI

Bütün xəbərlər
Bu gün, 10:40

Sürət qatarından istifadə edən sumqayıtlıların DİQQƏTİNƏ

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtlı şəhid anası da tələbə oldu

Bütün xəbərlər
Bu gün, 09:45

Ana Sumqayıt, övladları isə Bakı universitetlərinə qəbul olunublar

Bütün xəbərlər
Bu gün, 09:15

Vilayət Eyvazov Sumqayıtda vətəndaşlarla görüş keçirəcək

Bütün xəbərlər
Dünən, 21:22

Əli və Orxan da tələbə adını QAZANDILAR

Bütün xəbərlər
Dünən, 20:25

Tələbə adını qazanan Zamin və İnci bu ali məktəblərə qəbul oldular

Oxşar xəbərlər