top
Uşağı xəstəxanaya apardılar, saatlarla həkim gözlədilər – Sumqayıtdan şikayət
25 avqust 2026, 14:30
- ↺ +

Uşağı xəstəxanaya apardılar, saatlarla həkim gözlədilər – Sumqayıtdan şikayət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Şəhər Uşaq Xəstəxanasında mövcud vəziyyətlə bağlı şikayət var.

Bu barədə Sumqayit24.az-a sakinlər məlumat veriblər. 

Şikayətçilərin sözlərinə görə, xəstəxananın təcili yardım şöbəsində həkim çatışmazlığı yaşanır. Bildirilib ki, uşağın yıxılması nəticəsində qol və ayaqlarında ağrı yarandığı üçün xəstəxanaya müraciət edilib. Lakin həkim çatışmazlığı səbəbindən uşaq müayinə olunmaq üçün bir neçə saat gözləməli olub.

Vətəndaşın iddiasına görə, şöbədə yalnız bir həkim çalışır və onun 65 yaşı var.

Həmçinin iddia olunub ki, həmin həkimin bir neçə xəstəxanaya xidmət göstərməsi də uşağın müayinə edilməsində gecikməyə səbəb olub.

Məsələ ilə bağlı Sumqayit24.az-a TƏBİB-dən açıqlama verilib. 

"Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında uşaq travmatoloquna ehtiyac mövcuddur. Bu ixtisas üzrə həkimin işə cəlb olunması və xidmətin daha operativ təşkili istiqamətində müvafiq tədbirlər görülür.

Təcili tibbi yardım şöbəsinə müraciət edən pasiyentlər ilkin olaraq növbətçi həkim tərəfindən müayinə olunur, zərurət yarandıqda isə travmatoloqun konsultasiyası təmin edilir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Oxşar xəbərlər