Sumqayıtlı şəhid Xalid Hassanın anası Maya Quliyeva ali məktəbə qəbul olub.
Sumqayit24.az xəbər verir ki, bu barədə Maya Quliyeva özü sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kollecdə təhsil alıb.
Xalid Mahmud oğlu Hassan 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonundandır.
Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə sahəsində şəhid olub.
O, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" təltif edilib.