Bakı – Sumqayıt marşrutu üzrə hərəkət edən 500 nömrəli avtobusdan şikayət var.
Bakuplus.az-a müraciət edən sərnişinlər bildiriblər ki, bu gün səhər saatlarında 99-JB-297 dövlət nömrə nişanlı avtobusun tavanından su birbaşa oturacaqlardan birinə damıb. Nəticədə bunun fərqinə varmayan bəzi sərnişinlər islanmış oturacaqda əyləşiblər, bəzilərinin isə su üzərlərinə tökülüb.
"Dünən xəbərlərdə oxuduq ki, "BakuBus"ın avtobusunda tavandan su damır. Xeyli təəccübləndik, hətta gileyləndik də. Şirkətdən də bildirdilər ki, artıq tədbir görülüb. Haradan biləydik ki, bu gün eyni hadisə bizim də başımıza gələcək?! Yəqin "BakuBus"ın tədbiri elə də təsirli olmayıb. Bundan sonra şirkətin avtobuslarına gərək çətirlə minək", - şikayətçilərdən bir yazıb.