Saray qəsəbəsində qısaqapanma nəticəsində yanğın baş verib.
Bu barədə Sumqayit24.az-a sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, ötən gün axşam saatlarında Jasmine Park yaşayış kompleksində qısaqapanma nəticəsində əvvəlcə partlayış olub, daha sonra isə yanğın baş verib.
Hələlik xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və problemin aradan qaldırılması istiqamətində tədbirlər görülüb.
Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.