Şəhid Orxan Məhərrəmovun doğum günüdür.
Sumqayit24.az xəbər verir ki, Orxan Binət oğlu Məhərrəmov 25 avqust 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Əslən Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndindəndir.
Evin kiçik övladı olan Orxan 2001-2010-cu illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə doqquz illik təhsil alıb. 2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində həqiqi hərbi xidmətə yola düşüb. 2014-cü ildə xidmətini başa vurub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Orxab Məhərrəmov Füzuli, Cəbrayılın azadlığı uğrunda savaşıb. 6 oktyabr 2020-ci ildə Xocavənd rayonunda şəhid olub. Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
Orxan Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.