Bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladlarının adları açıqlanıb.
Sumqayit24.az "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə istinadən xəbər verir ki, onların arasında sumqayıtlı şəhid baş leytenant Rövşən Nurzadənin övladı Kənan da yer alıb. Məlumata görə, o, İsparta Uygulamalı Bilimler Üniversitetinin (Türkiyə) Turizm fakültəsində ali təhsil alacaq.