Sumqayıtda mərmi tapılıb. Bu məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) 24 aprel tarixində yayıb.
Hadisə H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb. Nazirliyin “112” qaynar xəttinə verilən məlumatdan sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu əraziyə gedib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əraziyə baxış zamanı 1 ədəd 122 mm-lik top mərmisi və 13 ədəd TAB-7 aviabombasının qırıntıları aşkarlanıb.
Sursat zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Ətrafda başqa təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. [modula id="35165"]