Sumqayıtda “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib. Sumqayıt24 bu haqda 29 iyun tarixində xəbər verir.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Araz” marketlər şəbəkəsi tərəfindən təşkil olunub. Sakinlər “Araz” marketinin qarşısına ümumi tutumu 650 litr olan plastik, 25 litr tutumu olan şüşə tullantı və 176 ədəd işlənmiş batareya gətirərək, onları ekoçantalara dəyişiblər.