Sumqayıtda zəncirvari qəza baş verib. Sumqayıt24 bu haqda 29 may tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə dünən axşam saatlarında qeydə alınıb. Səməd Vurğun küçəsində "Kia", "Mercedes" və "Lada" markalı avtomobillər toqquşub. Nəticədə iki qadın xəsarət alıb. Onlar dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Araşdırma aparılır.