Sumqayıtda azyaşlılar xilas ediliblər. Sumqayıt24 bu haqda 26 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə gecə baş verib. Məlumata görə, iki uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Ünvana FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər nəzarətsiz qalmış azyaşlılara yardım göstəriblər.