Sumqayıtda uşaqlar əxlaq və hüquq normalarına zidd davranışlar nümayiş etdirirlər.
Sumqayit24.az-a müraciət edən narazı vətəndaş bildirib ki, 9-cu mikrorayon ərazisində yerləşən Lüdviqshafen parkında azyaşlılar skamyada yatan və ehtimala görə, tüfeyli həyat tərzi sürən şəxsi “daşqalaq” edirlər.
“Bu hadisə ilk deyil. Həmin uşaqları danlayırıq, ərazidən uzaqlaşdırırıq, amma sonra yenidən gəlib kişinin üzərinə daş, plastik butulka və digər əşyalar atırlar. Belə olmaz!”, - deyə vətəndaş bildirib.
View this post on Instagram