Sumqayıtda “Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolu” mövzusunda tədbir keçirilib. Bu barədə 19 yanvar tarixində Sumqayıt24 Qadın Resurs Mərkəzinə istinadən xəbər verir.
Təlim H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 saylı orta məktəbdə baş tutub. 65 nəfər valideynin iştirak etdiyi tədbirdə məktəbin rəhbəri İradə Məmmədova çıxış edərək, valideyn-övlad münasibətində olan vacib məqamlar barədə geniş danışıb. Çıxış edən psixoloq valideynlərə sağlam ailə münasibətləri və uşaqlara olan düzgün münasibət barədə ətraflı məlumat verib. İştirakçıları maraqlandıran sualları cavablandırılıb.
Tədbirin əsas məqsədi valideynləri ailədaxili münasibətlərin uşaqların inkişafına olan təsiri barədə maarifləndirməkdən ibarətdir.