Sumqayıtda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir. Bu haqda 28 mart tarixində Sumqayıt24 Regional Vəkil Bürosuna istinadən məlumat verir.
Yardım Sumqayıt Regional Vəkil Bürosunun təcrübəli və peşəkar vəkili Mircəlal Fətullayev tərəfindən həftənin şənbə günləri saat 10:00-dan 12:00-dək keçirilir.
Vətəndaşlar pensiya verilməsi, dayandırılması və ödənilən pensiyaların azaldılması halları, eləcə də hərbi qulluqçuların sosial problemləri ilə bağlı müraciət edə bilərlər.