Sumqayıtda avtomobil yanıb.
Sumqayit24.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində, H.Z.Tağıyev qəsəbəsinə gedən yolda baş verib. Şahidlərin sözlərinə görə, “VAZ” markalı avtomobil qəfildən alışaraq külə dönüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın zamanı xəsarət alanların olub-olmaması məlum deyil.