Sumqayıtda poeziya gecəsi həyata keçirilib. Sumqayıt24 bu haqda 25 yanvar tarixində xəbər verir.
2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi könüllülərinin təşəbbüsü ilə “Mədəniyyət Carçısı” proqramının “Sənət xadimləri” layihəsi çərçivəsində baş tutan tədbir bəstəkar, xalq artisti, şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın doğum gününə həsr olunub.