Sumqayıtda daha bir yanğın baş verib. Sumqayıt24 bu haqda 17 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və sahəsi 9 kv.m olan metal konstruksiyadan ibarət bitişik köşkün taxta üzlüyü, içərisində taxta tullantıları yanıb.
Yaxınlıqdakı ev mühafizə olunub. FHN-in əməkdaşları alovun qarşısını alıblar.