Sumqayıtda mopedçi qəza zamanı xəsarət alıb. Sumqayıt24 bu haqda 25 may tarixində xəbər verir.
Hadisə 24 may axşam saatlarında qeydə alınıb. Sülh küçəsi ilə hərəkət edən “Mercedes” markalı yük avtomobili mopedi vurub. Nəticədə moped sürücüsünün ayağı sınıb. O, travmatologiya xəstəxanasına çatdırılıb.
Şahidlər bildiriblər ki, qəza yük avtomobilinin dönmə əməliyyatını səhv həyata keçirdiyinə görə baş verib.