Sumqayıtda yük maşınının iştirakı ilə avtoqəza baş verib. Sumqayıt24 bu haqda 8 iyun tarixində xəbər verir.
Qəza Azərbaycan prospekti ilə Bakı küçəsinin kəsişməsində qeydə alınıb. Dönmə əməliyyatını icra edən “Isuzu” markalı yük maşını “Ravon” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən sonuncu bordürə çarpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.