“ASAN xidmət” mərkəzlərində təmizlik işlərinin aparılması üçün bir neçə müqavilə bağlanıb.
Pravda.аz-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin inzibati binasında və 1, 2, 6, 7 saylı Bakı, Sabirabad, Ağcabədi və İmişli, Naxçıvan, Masallı və Lənkəran, Tovuz, 1 saylı Gəncə və 2 saylı Gəncə, Şamaxı, Şəki, 1 saylı Sumqayıt və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Məbləğ 3.913.102 manata bərabərdir. Agentlik “Təmizliyin İncisi” MMC ilə bir neçə müqavilə bağlayıb.