top
Sumqayıtdakı partlayışda zərərçəkənlər unudulub? - ŞİKAYƏT - VİDEO
27 mart 2025, 06:37
- ↺ +

Sumqayıtdakı partlayışda zərərçəkənlər unudulub? - ŞİKAYƏT - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhəri 13-cü mikrorayonda baş verən partlayışdan dörd ay keçməsinə baxmayaraq, binada hələ də bərpa işlərinə başlanılmayıb. Zərərçəkmiş sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdirilsə də, onların yaşayış vəziyyəti və gələcək taleləri ilə bağlı ciddi narahatlıqları var.

Sakinlər Sumqayit24.az-a bildiriblər ki, onlara 6 aylıq kirayə haqqı ödənilib. Lakin artıq bu müddətin 4 ayı geridə qalıb və gələcəkdə onların kirayə haqqının ödənilib-ödənilməyəcəyi məlum deyil. Bu qeyri-müəyyənlik onların sosial və maddi vəziyyətinə ciddi təsir göstərir.

Bundan əlavə, binanın hazırkı vəziyyəti də sakinləri narahat edir. Onların sözlərinə görə, partlayışdan sonra yalnız binanın çökməməsi üçün dayaqlar qurulub, amma heç bir əsaslı təmir və bərpa işlərinə başlanılmayıb. 

Sakinlər ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və binanın ətrafında qoruyucu baryerlərin belə qurulmadığını bildirirlər. Bu isə yaxınlıqdan keçən insanlar üçün ciddi təhlükə yaradır, çünki bina uçma təhlükəsi ilə üz-üzədir.

Sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, indiyə qədər heç bir konkret tədbir görülməyib. Onlar vəziyyətlə bağlı rəsmi cavab və təhlükəsiz hesab edilən blokların sakinlərinə evlərinə qayıtmağa icazə verilməsini, ciddi zərər görmüş mənzillərin sahiblərinə isə yeni mənzillərlə təminat və ya təmir işlərinin aparılması ilə bağlı konkret qərarın açıqlanmasını gözləyirlər...

Hazırda kirayədə yaşamağın onlar üçün həm maddi, həm də sosial baxımdan çətin olduğunu vurğulayan sakinlər, problemin tezliklə həll olunmasını və yaşayış şəraitlərinin bərpa edilməsini tələb edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Bu gün, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Bu gün, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Bu gün, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Bu gün, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda ərazini çirkab sular basdı - ŞİKAYƏT

İdman
Bu gün, 12:55

"Sumqayıt" – "Şəfa" matçında bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Bu gün, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Oxşar xəbərlər