“Azertexnolayn” MMC-dən Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlanılıb. Sumqayıt24 bu haqda İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
İlkin mərhələdə Sumqayıtda yerləşən şirkətdən Miçiqan ştatına 36,3 ton aqrotexnikalar üçün ehtiyat hissəsi göndərilib.
Qeyd edək ki, "Azertexnolayn" MMC Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Müəssisədə istehsal olunan 60-dan çox çeşiddə məhsul 20-dən çox ölkəyə ixrac edilir.