Kürdəmirdə yeniyetmələr arasında dava bıçaqlanma ilə sonlanıb. Bu haqda 19 mart tarixində Sumqayıt24 Azxeber.com-a istinadən məlumat verir.
Hadisə rayonun Sığırlı kəndi ərazisində dərsdən sonra baş verib. 14 yaşlı kənd sakini olan yeniyetmə digər kənd sakini, 16 yaşlı Tural Nurməmmədova 13 bıçaq zərbəsi endirib. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yaralanan 16 yaşlı Turanın valideynləri Sumqayıtda yaşayırlar. O, Kürdəmirə babasıgilə qonaq gedibmiş.
Faktla bağlı araşdırma aparılır.