Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıtdan növbəti humanitar yardım yola salınıb. Bu haqda Sumqayıt24 20 fevral tarixində Report.az-a istinadən xəbər verir.
Bu gün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış növbəti 7 ədəd modul ev, 6 kabinəli sanitar qovşaq və 316 min AZN dəyərində olan humanitar yardım göndərilib.
Qeyd edək ki, qarşıdakı günlərdə də növbəti 6 ədəd modul tipli konteyner evlər və humanitar yardım yola salınacaq.