top
Sumqayıtı indi də qurbağalar basdı
02 iyul 2026, 12:12
- ↺ +

Sumqayıtı indi də qurbağalar basdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub. Xüsusilə Yaşma bağları və Qurd dərəsi ərazilərində, habelə Novxanı və Saray qəsəbələrində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub.

Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.

Bu barədə ekoloq Arzu Mustafayev bildirib ki, son günlər qurbağaların sayının artması təsadüfi deyil və bir neçə ekoloji amillə bağlıdır:

"Azərbaycanda, xüsusilə Abşeronda geniş yayılan növlərdən biri Bufotes variabilis – yaşıl quru qurbağasıdır. Bu amfibi həm quru, həm də su mühitində yaşaya bilir və uzun illərdir bölgə faunasının bir hissəsidir. Buna görə qurbağaların ərazidə görünməsi yeni hal olmasa da, son dövrdə saylarının artması diqqət çəkir. Bunun əsas səbəblərindən biri son aylarda yağıntıların artmasıdır. Yağışlar nəticəsində yaranan müvəqqəti gölməçələr və su yığılan sahələr qurbağaların çoxalması üçün əlverişli şərait yaradır. Çünki onların yumurtlama və sürfə mərhələsi mütləq su ilə bağlıdır".

O əlavə edib ki, rütubətin artması həşəratların, xüsusilə ağcaqanadların çoxalmasına da səbəb olur:

"Qurbağalar bu canlılarla qidalandığı üçün qida bolluğu populyasiyanın artmasını sürətləndirir. Qurbağalar insanlar üçün təhlükəli deyil və ekosistemdə faydalı rol oynayır. Onlar ağcaqanad və digər zərərvericilərin sayını təbii şəkildə azaldaraq bağ və bostan sahələrinə fayda verir. Qurbağalar ilanlar üçün də qida mənbəyidir. Buna görə onların çoxalması bəzi hallarda ilanların, o cümlədən su ilanları və gürzələrin həmin ərazilərə yaxınlaşmasına təsir göstərə bilər. Qurbağaların həyətlərdə çoxalmasının qarşısını almaq üçün rütubətli sahələri, su durğunluğunu və daldalanacaq yerləri aradan qaldırmaq tövsiyə olunur".

Xatırladaq ki, hazırda Sumqayıt şəhəri ərazisində digər canlı növu - Amerika ağ kəpənəyi də geniş yayılıb.

 

Mənbə: Demokrat.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Bu gün, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Oxşar xəbərlər