“Sumqayıt: Arzuların şəhəri” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 22 noyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Sumqayıt şəhərinin 73 illiyi münasibətilə keçirilən tədbir S.Vurğun adına Mərkəzi Kitabxanada baş tutub. Burada qonaq qismində şəhər Veteranlar Təşkilatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və Xidmət sahələri üzrə Sumqayıt Peşə Təhsili Mərkəzi, 5 nömrəli tam orta məktəbin müəllim, şagird kollektivi və tələbələr iştirak ediblər.
Sumqayıtın tarixi, keçdiyi inkişaf yolu, bu günü haqqında qonaqların söylədikləri faktlar iştirakçılar tərəfindən maraqla dinlənilib. Sonra oxucuların ifasında doğma şəhərimizə həsr olunan şeirlər təqdim olunub. Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkilib.