Sumqayıt şəhər 26 nömrəli məktəbə yeni direktor gəlib. Bu barədə 14 fevral tarixində Sumqayıt24 xəbər verir.
Təhsil ocağının direktor vəzifəsini 49 yaşlı Əli Musayev icra edəcək. O, karyerası ərzində Texniki və Təbiət Elmləri Liseyində və 3 nömrəli məktəbdə direktor müavini olub, bu təyinatdan əvvəl (7 fevral) isə 36 nömrəli məktəbə rəhbərlik edib.