Milli Məclisin yay sessiyasının başa çatması ilə əlaqədar deputatlar ənənəvi yay məzuniyyətinə yollanırlar.
Qanunvericiliyə əsasən, Milli Məclis hər il iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Bu müddətdə deputatlar məzuniyyətdə hesab olunurlar.
Sumqayıtı və ətraf əraziləri Milli Məclisdə təmsil edən deputatlar bunlardır:
42 saylı Sumqayıt birinci seçki dairəsi – Hicran Hüseynova;
43 saylı Sumqayıt ikinci seçki dairəsi – Tahir Mirkişili;
44 saylı Sumqayıt üçüncü seçki dairəsi – Mehriban Vəliyeva;
45 saylı Sumqayıt dördüncü seçki dairəsi – Səbinə Salmanova;
46 saylı Sumqayıt beşinci seçki dairəsi – Elnarə Akimova;
47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairəsi – Zaur Şükürov.