“Sumqayıt”ın futbolçusu ailə həyatı qurub. Bu haqda 23 may tarixində Sumqayıt24 xəbər verir.
Ötən gün “kimyaçılar”ın yarımmüdafiəçisi Rövlan Muradovun şadlıq məclisi baş tutub. Şənlikdə onun komanda yoldaşları da iştirak ediblər.
Qeyd edək ki, futbolçunun toy mərasimi “Sabah”la vacib oyuna görə təxirə salınmışdı.