"Sumqayıt" klubunun baş məşqçisi İspaniyaya yollanıb. Sumqayıt24 bu haqda 24 aprel tarixində xəbər verir.
Samir Abasov əvvəlcə "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib. Sonra mütəxəssis bir həftləlik təcrübə üçün Barselonaya yola düşüb.
Baş məşqçimiz "Barselona" futbol klubunun məşqlərini izləyib, Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandes və bir sıra digər yerli mütəxəssislərlə görüşüb, fikir mübadiləsi aparıb.
Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Ernandeslə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, səfərdə Samir Abasovu klubumuzun fiziki hazırlıq üzrə məşqçisi Xerar Martines müşayiət edir.