Sumqayıt şəhərində avtoqəza baş verib.
Sumqayit.tv-yə verilən məlumata görə, hadisə Heydər Əliyev Parkının yanında qeydə alınıb. Belə ki, Zülfü Hacıyev küçəsində "Hyundai" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.